Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

   Avtomobil nəqliyyat vasitələrinin istismarı ilə bağlı müxtəlif qəzalı vəziyyətlər yarana bilər. Bu hadisələr zamanı avtomobil sahiblərinin daşıdığı mülki məsuliyyət yaranan arzuedilməz qəza hallarında qarşı tərəfə vurulmuş zərərin ödənilməsi ilə əlaqələnir. Bu məsuliyyətin ötürülməsi, yəni dəymiş zərərinin əvəzinin ödənilməsinin şəxsin özü tərəfindən deyil, sığorta agentliyi tərəfindən ödənilməsi bu sığorta növünün əsas məqsədidir.

    Hazırki, icbari sığlorta haqqının baza məbləği 50 manat müəyyən edilmişdir ki, bu da mühərrikinin həcmi 50 sm3-dən 1500 sm3-dək olan minik avtomobillərində tətbiq olunur. Mühərrikinin həcmi 1500 sm3 yuxarı həcmli olan minik avtomobiillərinin sığora haqqı əmsallar tətbiq olunmaqla hesablanır. Məsələn, mühərrikinin həcmi 1500 sm3-2000 sm3 olan minik avtomobiləri üçün 1,5 əmsal tətbiq olunaraq sığorta haqqı 75 manat müəyyənləşdirilir. Mühərrikinin həcmi 2000 sm3-dan 2500 sm3-dək olan minik avtomobilləri üçün 2,0 əmsal tətbiq olunmaqla 100 manat sığorta haqqı müəyyən edilir. Mühərrikin həcmi artdıqca tətbiq olunan əmsalla sığorta haqqının məbləği də yüksəlir.

   Yük avtomobilləri və onların bazasında istehsal olunmuş digər avtomobil nəqliyyat vasitələri üçün icazə verliən maksimum kütləsinə görə, 3500 kq. olduqda 3,0 əmsalı tətbiq olunmaqla 150 manat, 3500 kq.-dan 7000 kq.-dək olduqda 4,0 əmsal tətbiq olunmaqla 200 manat, 7000 kq.-dan artıq kütləyə görə isə 5,0 əmsal tətbiq olunmaqla 250 manat sığorta haqqı hesablanır. Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələri üçün minik və yük nəqliyyat vasitəsi olmasından asılı olmayaraq 1,2 əmsal əlavə olunur.

   Bu zaman bir sığorta hadisəsi nəticəsində üçüncü şəxs olan, fiziki şəxslərin həyat və sağlamlığına dəyən zərərə görə 50 min manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamalığına dəyən zərərə görə 5 min manat məbləğində, əmlakına dəyən zərərə görə isə 5 min manat məbləğində sığorta olunur.