Daşınmaz əmlakın icbari sığortası

   

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyım tarixli Qanununa əsasən, fiziki şəxslərə məxsus daşınmaz əmlak (yaşayış evləri, mənzillər və tikililər) icbari qaydada sığorta olunur. 

Daşınmaz əmlakın icbari sığortası - yanğın, zəlzələ, qasırğa, sel, daşqın, yer sürüşməsi, qaz partalyışı, elektrik naqillərində baş verən qısaqapanma, su, kanalizasiya, istilik sistemlərinin qəzası və digər hadisələr nəticəsində daşınmaz əmlakm zədələnməsi, məlv olması, yaxud hər hansı formada itkisı ilə bağlı vətəndaşlara  dəyən zərərin ödənilməsinə təminat verir. 

 Hazırda Naxçıvan Muxtar Respublikasında vətəndaşlara məxsus daşınmaz əmlak kimi yaşayış evləri, binalar, mənzillər bir qayda olaraq icbari sığorta olunur.

 Bu sığorta növü zamanı   Naxçıvan şəhərində yaşayan vətəndaşlar öz daşnmaz əmlaklarını 40 manatlıq sığorta haqqı ödəməklə 20 min manata, muxtar respublikanın rayonlarında yaşayan vətəndaşlar isə 30 manat sığorta haqqı ödəməklə isə 15 min manat məbləğində sığortalaya bilərlər.