Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası zamanı isə sahibkarın sərəncamında olan daşınmaz əmlakın istismarı zamanı üçüncü şəxslərin həytına və əmlakına vurula biləcək zərərlərə qarşı bu sığorta növü üzrə müqavilə bağlamaqla sığorta təminatını verilir. Daşınmaz əmlakın istismarı zamanı yaranan mülki məsuliyyətin icbari sığortasında istismar edilən daşınmaz əmlak dedikdə fərdi evlər istisna olunmaqla istehsal və xidmət məqsədilə istifadə olunan bütün binalar, tikililər, qurğu və sahələr başa düşülür. Belə əmlakın istsimarı, o cümlədən həmin əmlakın ərazsində inşaat, təmir, yeridənqurma və digər işlərin yerinə yetirilməsi zamanı üçüncü şəxslərin həyatı və sağlamlığına dəymiş zərələrin əvəzinin ödənilməsi məqsədilə icbari sığorta tətbiq edilir. Belə zərərlərə səbəb olan hadisələrə gəldikdə isə bunlar yanğın, qaz partlayışı, qısa qapanma, su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində yaranan subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi kimi hadisələr hesab olunur. Belə hadisələr baş verdikdə daşınmaz əmlak sahibkarı burada olan insanların həyatına, onların sağlamlığına və əmlakına mülki məsuliyyət daşıyırlar.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqqı istehsal və qeyri-istehsal sahəsinin təyinatından asılı olaraq 30 manatdan 120 manatadək məbləğdə müəyyən edilir.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta məbləğləri isə fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50 min manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat, əmlaka dəyən zərər üzrə isə 50 min manat müəyyən olunub.

Əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə icbari sığorta tətbiq olunur. Bu zaman siğorta hadisəsi nəticəsində üçüncü şəxs olaraq bir fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5 min manat sığorta məbləği nəzərdə tutulur