Fərdi qəza sığortası

   

Fərdi qəza sığortası, sığorta olunanın həyat və sağlamlığına ziyan vuran qəfil, öncədən görünməyən və təsadüfi (qəsdən edilməyən) hadisələr üçün tətbiq olunur.   Bütün növ xəstəliklər, patalogiya və onların nəticələri fərdi qəzalara (bədbəxt hadisələrə) aid edilmir.

Sığortaçı, sığorta müqaviləsinin qüvədə olduğu dövrdə baş vermiş hər hansı bədbəxt hadisə nəticəsində sığorta olunanın ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi, ümumi əmək qabiliyyətinin daimi itirilməsi, ölüm hadisələrinə təminat verir.

Müqavilə bir il müddətinə bağlanılır. Sığorta haqqı, sığorta məbləğindən müəyyən edilmiş tarif dərəcəsinə əsasən tətbiq edilir.

Tarif stavkası 0.5%-dən 2%-ə qədər tətbiq edilə bilər. Müqavilə sığorta haqqı alındığı (daxil olduğu) gün Azərbaycan vaxtı ilə saat 24:00-da başlanılır və 24:00-da sona çatır. Sığorta olunan yaxud varisi hadisənin baş verməsi məlum olduğu tarixdən 5 gün ərzində yazılı şəkildə sığortaçıya məlumat verməklə tələb olunan bütün sənədləri sığortaçıya təqdim etməlidir. Sığorta məbləği sığorta haqqı ödənilən rayon (şəhər) filialı yaxud şirkət tərəfindən ödənilir.