İşəgötürənin məsuliyyət sığortası

   

Agentlik  hər hansı bir fəaliyyət sahəsində işçiləri işə cəlb edən hüquqi şəxslər üçün “İşəgötürənin məsuliyyətinin sığortası”nı təklif edir. 

 

İstənilən əmək məşğuliyyəti prosesi işçilərin həyat və sağlamlığına zərər verə biləcək risklə bağlıdır. Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, peşəkar məşğuliyyət zamanı işçilərin həyat və ya sağlamlığına ziyan dəyərsə, iş təklif edən tərəf həmin zərəri ödəməlidir. 

 

İşəgötürənin məsuliyyətinin sığortalanması əlavə sığorta haqqı müqabilində aşağıdakı sığorta hadisələri nəticəsində işçilərin həyat və ya sağlamlığına dəyən zərərin ödənilməsinə təminat verir:

  • İşəgötürən tərəfindən ayrılmış nəqliyyat vasitəsi ilə işçilərin iş yerinə gətirilib-aparılması zamanı baş verən qəzalar
  • İşçilərin işəgötürən tərəfindən ezam edildikləri yerlərdə əsas işlə bağlı olmayan fəaliyyətlə məşğul olduqları zaman baş verən iş qəzaları
  • Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda baş verən iş qəzaları
  • Peşə xəstəlikləri
  • Mənəvi ziyanla bağlı ödəniş tələbləri