Səyahət sığortası

   

    İstirahəti mənalı keçirmək məqsədilə  səyahətə yollandıqda bunu maraqlı keçirmək hər birimizin  səfər qabağı   arzumuzdur. Bu zaman biz ilk növbədə təhlükəsizliyimiz haqda da düşünməliyik.

   Sığorta olunanların sığorta müddəti ərzində Azərbaycan Respublikasının sərhəddindən kənarda olduqları zaman təsadüflük əlaməti daşıyan istisnalar arasında yer almayan xəstəliyə məruz qalması və bədbəxt hadisə nəticəsində zədə alması ilə əlaqədar tibbi yardım almaq məqsədi ilə tibb müəssisələrinə müraciətləri sığorta hadisəsi hesab olunur. Agentlik  sığorta müddətində müqavilədə göstərilmiş ölkə ərazisində olan zaman baş vermiş hadisələrə məsuliyyət daşıyır. Sığorta olunanın daimi yaşayış yeri və ya vətəndaşı olduğu ölkənin ərazisində sığorta müqaviləsi qüvvədə olmur