AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN TAM SIĞORTASI (KASKO)

   

Avtonəqliyyatvasitələrinin könüllü sığorta müqavilələri Azərbaycan Respublikasının vətəndaşları, respublikada daimi yaşayan xarici ölkələrin vətəndaşları, vətəndaşlığı olmayan şəxslərə habelə hüquqi şəxslərlə bağlanır. Avtonəqliyyatvasitəsinin sığortası - sığorta hadisələri nəticəsində onların zədələnməsi, məhv olması, yaxud itirilməsi hallarından aparılır.  Avtonəqliyyatvasitəsinin sığorta müqaviləsi yalnız respublika ərazisində qüvvədə sayılır. Avtonəqliyyatvasitəsinin sığortası 4 variantda aparılır:

1. Avtonəqliyyatvasitəsinin sığortasıhər hansı bir hadisə nəticəsində onların zədələnməsi yaxud məhv olması hallarından aparılır. Bununla belə şinlərin, protektorların normadan artıq yeyilməsi, texniki brak yaxud şinlərin bərpa edilmiş protektorlarının zədələnməsi halları sığorta hadisəsi sayılmır

2. Avtonəqliyyatvasitəsinin sığortası təbii fəlakətlər, yanğın, partlayış, yol-nəqliyyat hadisələri nəticəsində onların zədələnməsi yaxud məhv olması hallarından aparılır. Bununla belə əgər nəqliyyat vasitəsinin başqa zədələnmələri olmamışsa, şinlərin zədələnməsi sığorta hadisəsi sayılmır. 

3. Avtonəqliyyatvasitəsinin sığortası təbii fəlakətlər, yol nəqliyyat hadisələri nəticəsində zədələnməsi yaxud məhv olması hallarından aparılır. Bununla belə əgər nəqliyyat vasitəsinin başqa zədələnmələri olmamışsa, şüşələrin sınması və şinlərin zədələnməsi sığorta hadisəsi sayılmır. 

4. Avtonəqliyyatvasitəsinin sığortası yanğın, partlayış, yol nəqliyyat hadisələri nəticəsində zədələnnməsi yaxud məhv olması hallarından aparılır. Bununla belə əgər nəqliyyat vasitəsinin başqa zədələnmələri olmamışsa, şüşələrin sınması və şinlərin zədələnməsi sığorta hadisəsi sayılmır.