İnşaat sığortası

Bu növ sığorta üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlakdır. Sığortalanmış əmlaklara tikinti sahəsində olduqları və tikinti işləri aparıldığı zaman, əvvəlcədən bilinməyən  və gözlənilməz səbəblərə görə dəyən ziyan və zərərlərə təminat verilir. 

 İnşaat sığortası zamanı bilavasitə tikinti və ya montaj işləri sığortalanır.

Bu zaman:

  • tikinti işlərinin sığortası;
  • montaj işlərinin sığortası;
  • tikinti texnikasının sığortası;
  • tikinti meydançası avadanlığının sığortası;
  • işəsalmadan sonrakı zəmanət öhdəliklərinin sığortalanması;
  • tikinti-montaj işləri görülərkən üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortalanması  həyata keçirilir

 

İnşaat sığortası zamanı sığorta məbləği tikinti işlərinin tam layihə (smeta) dəyərinin həcmində müəyyən edilir