İpoteka predmeti əmlakın sığortası

   

Bu sığorta növü ipoteka predmeti olan əmlakın sığortası müqaviləsinin ayrılmaz tərkib hissəsidir.

Sığorta obyekti sığortalının ipoteka predmeti olan əmlaka sahibliyi, ondan istifadəsi və ona sərəncam verməsi ilə bağlı olan əmlak mənafeləridir.

İpoteka qoyanın mülkiyyətində olan daşınmaz əmlak və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əmlaklar: sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əmlak kompleksi; binalar, tikililər, qurğular, və qeyri-yaşayış sahələri; yaşayış evləri, mənzillər, bağ evləri sığortalana bilər.

Bu sığorta növünün obyekti:

Sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əmlak kompleksi (müəssisələr);  binalar, tikililər, qurğular və qeyri-yaşayış sahələri;  yaşayış evləri, mənzillər, bağ evləri, digər yaşayış sahələri, həmçinin bir və ya bir neçə ayrıca otaqlardan ibarət olan yaşayış binalarının və mənzillərin hissələridir

Bu sığorta növündə subyektər isə:

  • Sığortalı - Sığortaçı ilə sığorta müqaviləsini bağlamış, təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər və ya fəaliyyət qabiliyyəti olan fiziki şəxslər
  • Faydalanan şəxs – Sığorta müqaviləsi xeyrinə bağlanmış, ipoteka kreditini vermiş müvafiq kredit təşkilatıdır, müvafiq hallarda isə Azərbaycan İpoteka Fondudur