Kənd təsərrüfatı bitkilərinin məhsullarının sığortası

   

   Mülkiyyət formasından asılı olmayaraq dövlət aktı olan kənd təsərrüfatı bitkilərinin istehsalçılarına məxsus kənd təsərrüfatı bitkiləri sığortanın obyekti sayılır. Bu növ könüllü sığorta üzrə sığorta məbləği kənd təsərrüfatı bitkilərinin məhsullarının son 5 ildə və ya ondan az müddətdə 1 hektarın orta məhsuldarlığına, bazar qiymətinə və əkin sahəsinə görə müəyyən edilir.

   Bu sığorta növündə siğorta riskləri  yanğin, dolu, sel, daşqın,  şaxta  hesab olunur.  Yuxarıda göstərilən sığorta hadisələri nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsullarının zədələnməsi və məhv olması ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına dəyən zərərlərə sığorta təminatı verilir.

   Kənd təsərrüfatı bitkiləri və çoxillik əkmələrin məhsulunun dəyəri 70% miqdarında sığorta olunur.