Sahibkarlara məxsus daşınmaz əmlakın və daşınmaz əmlakın istimarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

  “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının    24 iyun 2011-ci il tarixli   Qanununa əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul oan hüquqi və fiziki şəxslər onlara məxsus daşınmaz əmlakı  (binalar, tikililər, qurğular  və digər obyektlər) icbari qaydada  sığorta olunmalıdır.

   Daşınmaz əmlak  yanğın, ildırım düşməsi, məişətdə və istehsaltda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazlarının, qaz kəmərlərinin, maşınların, aparatların oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik və kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, təbii fəlakətlər, zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi hadisələrindən sığorta olununr. Daşınmaz əmlakın icbari sığortası  üzrə sığorta məbləği daşınmaz əmlakın orta bazar qiymətinə əsasən müəyyənləşdirilir.

   Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası baş verən sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəymiş zərərin ödənilməsinə təminat verir.

  Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqqı istehsal və qeyri-istehsal sahəsinin təyinatından asılı olaraq 30 manatdan 120 manatadək məbləğdə müəyyən edilir. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta məbləğləri isə fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50 min manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat, əmlaka dəyən zərər üzrə isə 5 min manat müəyyən olunub.