Yük sığortası

Bu növ sığorta üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu yükdür. Bu sığorta qaydaları ilə sığorta müqaviləsinin mövzusuna daxil olan yükün, müqavilədə göstərilən vaxt və ya daşıma müddəti ərzində müqavilədə göstərilən dəniz, avtomobil, hava nəqliyyat vasitələri və habelə dəmir yolu vasitəsilə daşınması və yaxud daşınması zamanı olan hansısa bir anbarda müvəqqəti olaraq saxlandığı zaman məruz qaldığı sığorta hadisələri nəticəsində dəyən ziyan və zərərlərə əlavə edilmiş xüsusi şərtlər daxilində təminat verilir. 

Sığorta təminatı, baş vermiş hadisə nəticəsində yükə dəymiş ziyan və zərərləri və yaxud onlarla əlaqədar xərcləri əhatə edir.

Sığorta şəhadətnaməsinin şərtləri daxilində aşağıdakı hadisələr nəticəsində dəyən ziyan və zərərlər sığorta təminatına daxil edilir:

  • Fırtına, gəminin batması, sahilə toxunması, quru və ya qum üzərinə çıxması kimi hallarla əlaqədar sığortalanmış əmtəələrin, qismən və ya tamamilə zərər çəkməsi;
  • Gəminin quruya oturması, toqquşması, hərəkətsiz və ya hərəkətdə olan bir cismə (buz daxil olmaqla) toxunması ilə əmtəənin dənizə atılması;
  • Yanğın, partlayış;
  • Yükləmə (yenidən yükləmə) və boşaltma zamanı bir və ya bir neçə bağlamanın düşməsi və s.