YAŞIL KART SIĞORTASI

Avtomobillərlə xarici ölkələrə səyahətə çıxanlar üçün tətbiq olunur. Əsasən Avropa ölkələrində geniş tətbiq olunan Yaşıl kart sistemi buna qoşulmuş bütün ölkələrdə tanınan vahid mülki məsuliyyət sığortası növüdür. Səyahətçilər avtomobillərlə bir ölkədən başqa bir ölkəyə səyahət etdiyi zaman tətbiq olunan Yaşıl kart sığortası bir çox cəhətlərinə görə sürücülər üçün çox faydalıdır. Yaşıl kart bu sistemə qoşulmuş ölkələrin ərazisində tanınan bir mülki məsuliyyət sığortası şəhadətnaməsi kimi hər bir sığortalıya rahat səyahət zəmanəti verir. Azərbaycan vətəndaşları xaricə səfərə çıxarkən ölkəmizdəki sığorta agentliyi ilə bağladıqları Yaşıl kart sığortası zəmanəti ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzi hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyinə uyğun qaydada ödənilir.

Vətəndaşların xaricə səyahət müddətinə və intensivliyinə görə də bir, üç, altı və 12 aydadək müddətdə sərfəli sığorta müqavilələri bağlamaq mümkündür.